Kurslar
ATL Akademiya proqramlaşdırma və texnologiyaları dərindən öyrənmək və ya karyeranızı İT sektoruna doğru istiqamətləndirmək üçün lazım olan tədris proqramları təklif edir.
ƏtraflıKorporativ Təlimlər
Rəylər
Sahəsindən asılı olmayaraq, bu günün ən böyük problemlərindən biri nəzəri biliklərlə iş reallığının uzlaşmamasıdır. ATL Akademiyanın elə əsas fərqi və yaranma səbəbi də bu problemi yox etməkdir. Nəzəriyyəmizin arxasında bu sahənin real və öndə gələn şirkəti və təcrübəsi var.
ATL Akademiyada təhsil aldığım müddətdə müəllimlərin düzgün yönlədirməsi sayəsində kurs davam etdiyi halda təcrübə proqramlarına qəbul oldum və hal-hazırda Backend proqramçı olaraq işləyirəm. Müəllim heyətinin və əməkdaşların yüksək səriştəsi nəticəsində gənc yaşda karyeramı düzgün təməllərlə qurduğuma inanıram.
Front end sahəsinə marağım olduğu üçün daim bu sahəni öyrənməyin yollarını axtarırdım. ATL akademiyada təhsil almaq özümü bu sahədə inkişaf etdirmək üçün atdığım önəmli addımlardan biri oldu. Təlimçilər və akademiya kollektivi sayəsində yeni biliklərə yiyələndim. Bu müddət ərzində əməyi keçən hər kəsə təşəkkür edirəm!
Dərslərlə bağlı ən sevdiyim məqam mentor sistemi oldu. Ümumiyyətlə, Akademiyadakı mühit o qədər doğma və rahatdır ki, dərsdən əlavə vaxtlarda da gəlib mentorlarla praktiki tapşırıqlar işləmək, qrup yoldaşlarımla müzakirələr etmək xoşuma gəlirdi. Fikirləşirəm ki, ATL Akademiyada təhsil almaq qərarı karyeram üçün aldığım ən yaxşı qərarlardan biridir.
Texnologiya dünyası ilə ilk tanışlığım 2016-ci ildə Helpdesk kimi olub. Bir müddət işlədikdən sonra karyeramın daha düzgün yolda irəliləməsi üçün peşəmi dəyişmək və proqramçı olmaq qərarını aldım. Lakin sıfırdan öyrənmək məcburiyyətində idim, çünki bu sahədə biliyim yox idi. Bu qərarı aldıqdan sonra qərardan da çətin olan proses hansı kursu seçməyim idi. Seçimim ATL Akademiya oldu. Kursa başlayandan sonra təlimçi və kollektiv heyətinin səmimi və savadlı olması seçimimin düz olduğunu bir daha göstərdi. Təşəkkürlər, ATL Akademiya!
ATL Akademiyada təhsil aldığım müddətdə istər akademiyanın təşkilatçılığı, komandası, istərsədə, təlimçidən çox razı qaldım. Burada səmimi mühit və öyrənmək üçün bütün şərait var.
ATL Akademiyada dərslərin keyfiyyətli keçilməsi üçün yaradılmış şərait məni çox qane etdi. Müəllim heyəti, eləcə də işçi heyətinin hər bir tələbəyə ayrılıqda diqqəti və hörməti nəticəsində yaranan səmimi mühitdən çox razı qalıram .
Fikirləşirəm ki, Udemy-dən dərs alsaydım bu qədər yaxşı öyrənə bilərdimmi? Amma görürəm ki, bu, ATL Akademiyadakı təlimçi və mentorlarımız olmadan mümkün olmazdı.
Yenilikləri sevən və özünü inkişaf etdirmək istəyən biri olaraq proqramlaşdırmanı öyrənmək mükəmməldir. ATL Akademiyaya proqramlaşdırmanı öyrənərək düşünmə modelinin formalaşması üçün yazıldım və təhsil aldığım müddət ərzində tədris prosesi, dərslərin keyfiyyati və səmimi mühitdən çox razı qaldım.
Java proqramlaşdırma üzrə ATL Akademiyada təqaüdlü təhsil qazanmış tələbələrdənəm. Dərslərdə data strukturları və alqoritmlər kimi mövzuları dərindən keçirik. Praktiki saatlarda mentorla tapşırıqlar üzərində işləmək isə proqramlaşdırmada məntiqi dərk etmək üçün çox faydalı olur. Xüsusilə də mentorun təcrübəsi və tələbkarlığı dərsdə bir iş mühitinə oxşarlıq yaradır.
Faydalı Bloqlar
Yeni texnologiyalar, İT sahəsində karyera imkanları və bir çox faydalı məlumatları bloqlarımızı oxuyaraq əldə edə bilərsiz.
Ətraflı

