Advanced C# Backend Proqramlaşdırma

Advanced C# kursu ilə backend proqramlaşdırma sahəsində biliklərinizi bir üst səviyyəyə daşıyın! Bu kurs sizə .NET platformasında təhlükəsiz, performanslı və miqyaslana bilən sistemlər qurmağı, asinxron proqramlaşdırma, multithreading, yaddaş optimizasiyası və konteyner texnologiyalarından istifadə etməyi öyrədəcək. Microsoft tərəfindən dəstəklənən bu texnologiyalarla siz də beynəlxalq layihələrdə iştirak etmək və yüksək gəlirli karyera qurmaq üçün güclü baza əldə edəcəksiniz.

Advanced C# kursu Niyə Bizdə?

ATL Akademiya informasiya texnologiyaları sahəsində peşəkarlar hazırlayan qabaqcıl təlim mərkəzidir. ATL Tech şirkətinin nəzdində yaradılmış akademiya, real sənaye tələblərinə uyğun hazırlanmış müasir proqramlarla, təcrübəli mentorlarla və praktiki yönümlü dərs strukturu ilə fərqlənir. Advanced C# kursu məzunlara dərin texniki biliklərlə yanaşı, iş dünyasında tətbiq edilə bilən praktiki bacarıqlar qazandırır.

6 ay
6 ay
52 dərs
52 dərs
Azərbaycan dili
Azərbaycan dili
Sertifikat
Sertifikat
Tədris Proqramı

Tədris Proqramı

Bu kursun sonunda siz C# dilinin nüvəsini və .NET mühitinin dərinliklərini mənimsəyəcək, performans optimizasiyası, paralel proqramlaşdırma, yaddaş idarəçiliyi və genişlənə bilən sistem arxitekturaları ilə tanış olacaqsınız. Tədris proqramı 60% praktiki məşğələlərdən, 40% isə nəzəri dərslərdən ibarətdir.

I Modul – Core C# & .NET Internals

I Modul – Core C# & .NET Internals

  • CLR memarlığı və komponentləri

  • Yaddaş strukturları: Heap, Stack

  • Garbage Collection strategiyaları və yaddaş sızmalarının aşkarlanması

  • IDisposable və Finalizer patternləri

II Modul – Concurrency & Parallelism

II Modul – Concurrency & Parallelism

  • Multithreading və Synchronization

  • Async/Await və real dünyada tətbiqi

  • Deadlock analizləri və debugging alətləri

  • PLINQ, Dataflow və Task koordinasiyası

III Modul – Advanced Language Features

III Modul – Advanced Language Features

  • Reflection və metadata manipulyasiyası

  • Dynamic code generation və Expression Trees

  • Roslyn Compiler ilə çalışma və JIT optimizasiya

IV Modul – Performance Engineering

IV Modul – Performance Engineering

  • .NET Diagnostic Tools ilə profil çıxarılması

  • CPU performansı və logging strategiyaları

  • Event tracing və Exception monitoring

  • Lock-free proqramlaşdırma və aşağı səviyyəli optimizasiya

V Modul – Scalable Application Design

V Modul – Scalable Application Design

  • Dağıtılmış sistemlər və rabitə protokolları

  • Serialization, Message broker-lər və event-driven arxitektura

  • Konteynerləşdirmə (Docker) və tətbiqlərin monitorinqi

Təlimçilər

Samir Səlimxanov

C# Backend Proqramlaşdırma/Təlimçi

Elvin Abdullayev

C# Backend Proqramlaşdırma/Təlimçi

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Ən Çox Verilən Suallar?

Advanced C# kursu nə qədər davam edir?

Kurs hansı dildə keçirilir?

Kursdan sonra iş imkanı olurmu?

Kursdan sonra hansı texniki bacarıqlara sahib olacağam?

Qeydiyyat Formu