Frontend proqramlaşdırma STRING_COURSE
Frontend proqramlaşdırma veb brouzerlərdə istifadəçi tərəfindən görünən - “Client side” elementlərin kodlaşdırılmasından ibarətdir. Daha dəqiq desək, bir çox fərqli brouzerlərdə və platformalarda veb saytın düzgün bir formada görünməsində və funskiyalarının işləməsində Frontend proqramlaşdırmanın rolu vacibdir.
Niyə Biz?
Tədris proqramı
Nə öyrənirəm?
Proqramın sonunda siz Html, Css, Bootstrap, Javascript, Jquery, React.Js, Node Js, Ant Design texnologiyaları vasitəsilə müasir veb saytların interfeys hissəsinin necə yaradılması, vebsaytın istifadəçinin ekran ölçülərinə uyğunlaşdırılması və Javascript vasitəsilə funksional saytların proqramlaşdırılması üzrə nəzəri və praktiki biliklərə sahib olacaqsınız. Tədris proqramına daxil edilmiş 18 praktik məşğələdə isə vebsayt şablonları və tətbiqlər, responsiv saytlar və mobil çat tətbiqlərinin yaradılması üzərində işlənilir.
Tədris saatları
Tədris proqramının saatları: 144 saat Tədris müddəti: 6 ay Həftəlik dərs saatları: 6 + 2 (tədris və mentor saatı)
Proqram mənə nə qazandırır?
Tədris proqramını uğurla başa çatdırmış məzunlar sertifikat əldə edir. Əlavə olaraq tədris proqramında təqdim olunan materiallar sizi Microsoft şirkətinin beynelxalq sertifikat imtahanlarını uğurla keçməyiniz üçün də hazırlayır.
Hərtərəfli Dəstək
Karyera planlaması
ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.
Mentor dəstəyi
ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.
İşə qəbul imkanı
Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.
Təcrübə proqramı
Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.
Digər kurslar
Qeydiyyat formu
ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizə uyğun olan vasitə ilə əlaqə saxlayaq.
Abunə olun!
ATL Akademiya tədbirləri, bloqları, məzun və tələbə xəbərləri barədə vaxtaşırı məlumatları əldə etmək üçün email ünvanınızı qeyd edə bilərsiniz.