Backend Proqramlaşdırma STRING_COURSE
Backend proqramlaşdırmanı öyrənmək daha üstün bacarıqlara və bununla da yüksək gəlirli peşəkar olmağa imkan verir. Veb proqramların hansı məntiqlə və necə işləməsi, məlumatların saxlanılması və istifadə edilməsi backend proqramlaşdırma zamanı baş verir. Arxa da istifadə olunan kodlara Java, Python, Ruby və ya .Net daxildir.Həmçinin verilənlər bazası ilə əlaqə qura biləcək bir vasitəyə də ehtiyac olacaqdır. Verilənlər bazasının təhlükəsizliyi, məzmun idarəetməsi və veb quruluşu kimi işlərin idarəsi də backend proqramlaşdırma zamanı edilir.
Backend proqramçı kimdir?
Tədris proqramı
Nə öyrənirəm?
Tədrisin sonunda Java proqramlaşdırma dilini, HTTP protokolları, REST APİ, Docker, JPA və Hibernate 5, Spring boot, Spring security, JDBC, Daimi ifadələr (Regular Expressions), Liquibase kimi texnologiyalar vasitəsilə verilənlər bazası, server skript və APİ-lərin birgə işini qurmağı biləcəksiniz.
Tədris saatları
Proqram mənə nə qazandırır?
Tədris proqramını uğurla başa çatdırmış məzunlar sertifikat əldə edir. Əlavə olaraq, tədris proqramında təqdim olunan materiallar sizi məşhur Oracle şirkətinin beynelxalq sertifikat imtahanlarını uğurla keçməyiniz üçün də hazırlayır.
Beynelxalq sertifikat imtahanları:
Oracle Certified Associate, Java SE 8 Programmer (OCAJP/SCJA)
Oracle Certified Professional, Java SE 8 Programmer (OCPJP/SCJP)
Oracle Certified Expert, Java EE Web Component Developer (OCEJWCD)
Hərtərəfli Dəstək
Karyera planlaması
ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.
Mentor dəstəyi
ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.
İşə qəbul imkanı
Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.
Təcrübə proqramı
Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.
Digər kurslar
Qeydiyyat formu
ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizə uyğun olan vasitə ilə əlaqə saxlayaq.
Abunə olun!
ATL Akademiya tədbirləri, bloqları, məzun və tələbə xəbərləri barədə vaxtaşırı məlumatları əldə etmək üçün email ünvanınızı qeyd edə bilərsiniz.